Şriftin ölçüsü :

Saytın rəngi :

25 oktyabr Qubadlının işğaldan azad olunduğu gündür.

25 oktyabr 2022 | 10:59

Bu gün Qubadlı şəhərinin erməni işğalçılarından təmizlənməsindən 2 il ötür. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust 31-də işğal edilmişdi. İşğaldan sonra rayondan 29997 məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış  və yararsız vəziyyətə salınmışdı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətti, 4830 km elektrik xətti, 165 km magistral qaz boru xətti, 9 tikinti, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120  elektrik yarımstansiyası və transformator tamamilə dağıdılmışdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Mətbuat xidməti

Keçidlər