Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ümumşəhər anım mərasimi keçirildi.

12 dekabr 2015 | 16:00

12 dekabr 2015-ci il tarixdə saat 10:00-dan başlayaraq Heydər Əliyev meydanında, Heydər Əliyevin abidəsi qarşısında Şirvan şəhərində yerləşən sənaye, təhsil, səhiyyə və mədəniyyət idarələrinin kollektivlərinin, o cümlədən şəhər ictimaiyyətinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirildi. Mərasimdə  Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalovun, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların rəhbərləri iştirak edib və Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoyaraq, Heydər Əliyevin əziz xatirəsi yad ediblər. Saat 12:00-da Şirvan şəhər Mədəniyyət Mərkəzində “İrəvan” teatrının kollektivinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş tamaşa göstərilib. Sonda isə saat 14:00-da “Yeganə” şadlıq sarayında Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalovun, şura üzvlərinin və xidməti təşkilat rəhbərlərinin iştirakı ilə şəhid ailələri, Qarabağ əlilləri, Böyük Vətən Müharibəsi iştirakçıları, şəhərdə yaşayan qaçqın və məcburi köçkünlərə, Çernobıl, gözdən əlillərə və digər güzəşt hüququ olan aztəminatlı ailələrə, kimsəsiz tənhalar üçün ehsan süfrəsi verilib.

Keçidlər