Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şirvan şəhərində qəbul keçirdi.
25 dekabr 2015 | 16:00
25 dekabr 2015-ci il tarixdə saat 11:00-da Şirvan Gömrük İdarəsinin inzibati binasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şirvan şəhəri, Hacıqabul, Sabirabad və Saatlı rayonlarından müraciət edən vətəndaşları qəbul edib.