Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalovun şəhid ailələri, Qarabağ əlilləri və Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşü keçirildi və onlara bayram sovqatları verildi.
30 dekabr 2015 | 16:00
30 dekabr 2015-ci il tarixdə saat 11:00-da 18 nömrəli tam orta məktəbin akt zalında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri və xidməti təşkilat rəhbərləri şəhid ailələri, Qarabağ əlilləri və Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşü keçirildi və onlara bayram sovqatları verildi.