Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının VII konfransı keçirildi
Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının VII konfransı keçirildi. Konfrans nümayəndələri və qonaqlar ilk öncə partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri qoyub ulu öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə etdilər.
YAP Şirvan şəhər təşkilatının sədri Ə.İbrahimov hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi və məruzə ətrafında çıxış edən natiqlər hesabat dövründə YAP şəhər təşkilatının gördüyü işlər və qarşıda duran vəzifələrdən danışdılar.
Konfransın işində Azərbaycan Respublikası Milli Məclisin sədr müavini Bahar xanım Muradova və Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov iştirak etdi. Konfransda Milli Məclisin sədr müavini Bahar Muradova və Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov çıxış edərək YAP-nın keçdiyi tarixi inkişaf yolundan, hesabat dövründə şəhər təşkilatının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Təşkilatın fəaliyyətinin daha da təkminləşdirilməsi istiqamətində tapşırıq və tövsiyyələrini verdilər.
Konfransda nümayəndələr adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. Konfrans təşkilati məsələyə baxmış, Ə.İbrahimov yenidən YAP Şirvan şəhər təşkilatının sədri seçilmişdir.
Sonda YAP şəhər təşkilatının fəallarından bir qrupuna qiymətli hədiyyələr verilmişdir.