Azərbaycan və ABŞ hökümətləri Şirvan şəhərində Sosial-İqtisadi İnkişafı gücləndirmək məqsədilə əməkdaşlıq edir.
22 yanvar 2016-cı il tarixdə Şirvan şəhərinin Neftçilər və Birlik İcmaların sakinləri, yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının nümayəndələri, İqtisadiyyat Nazirliyinin rəsmiləri və USAİD nümayəndələri icmadaxili yolun təmiri layihəsinin uğurla başa çatdırılmasını qeyd etmək üçün açılış mərasiminə qatıldılar. 1400 metrlik yol yerili QHT olan ÜMİD Təşkilatı ilə sıx əməkdaşlıqda yerinə yetirilən, ABŞ və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsinin dəstəyi ilə təmin edilmişdir. Açılış mərasimində çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov yolun çəkilişində əməyi olan hərkəsə öz dərin təşəkkürünü və minnətdarlığını bildirdi. Sakinləri yolun istifadəyə verilməsi münasibəti ilə təbrik etdi. Açılış mərasimində çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-larına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edərək Azərbaycan-ABŞ hökumətlərarası əlaqələrinin inkişafından, bu əlaqələrin indiki şəraitdə daha da genişləndirilməsinin əhəmiyyətindən danışdı. Layihənin uğurla icra olunmasında əməyi olan insanlara, layihə rəhbərinə, şəhər İcra Hakimiyyəti və Bələdiyyə qurumlarının nümayəndələrinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirdi. İcma üzvlərini və sakinləri təbrik etdi. Açılış mərasimində ABŞ İnkişaf Agentliyinin (USAİD) ölkə üzrə direktoru, xanım Mikaela Meredit, Şərq-Qərb İdarəetmə İnstitutunun ölkə üzrə direktoru, cənab Tim Mədiqan çıxış edərək layihənin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdilər. Layihənin icrasına dəstək olan qrumların nümayəndələrinə, yerli icma üzvlərinə təşəkkürlərini bildirdilər. Belə layihələrin bundan sonrada davam etdirilməsinin vacibliyini vurğuladılar.
Sonda Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, Milli Məclisin deputatı Azay Quliyev, ABŞ İnkişaf Agentliyinin (USAİD) ölkə üzrə direktoru, xanım Mikaela Meredit yeni inşa edilmiş yolun açılışını bildirən lenti kəsdilər.
Sonra yolda görülən işlərlə tanış oldular.