Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Səyyari qəbul keçirildi

13 aprel 2012 | 15:00

Şirvan şəhər İcra Hakimiyətinin Başçısı M.T.Camalov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədovun, şəhərin hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Bağ evləri yaşayış massivində vətəndaşlarla səyyari görüş və onların qəbulunu keçirdi. Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov görüşdə çıxış edərək səyyari görüş və qəbulların artıq bir ənənəyə çevrildiyini, vətəndaşların şikayət və müraciətlərinə bilavasitə yaşadıqları ərazidə baxılmasının üstünlüklərini qeyd etdi.
Görüşdə iştirak edən vətəndaşlar Bağ evləri yaşayış massində yeni məktəb binasının, körpələr evi uşaq bağçasının tikintisi, qaz xəttinin çəkilməsi, su kanalizasiya sisteminin bərpası, marşurutlarda nizam intizamın gücləndirilməsi və digər məslələrlə bağlı təkliflər irəli sürdülər. Onları narahat edən məslələrin şəhər rəhbərliyi və aidiyyatı qurumlar tərəfindən həll edilməsini xahiş etdilər.
Şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov vətəndaşların qaldırdıqları problemlərin həlli istiqamətində görülən işlərdən danışdı. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar verdi.
Görüşdə Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasının əhəmiyyətini qeyd etdi.
Ölkəmizdə insan amilinə, onun inkişafına bundan sonra da xüsusi önəm veriləcəyinə əminlik ifadə etdi.
 

Keçidlər