Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ümumşəhər el şənlikləri keçirildi.

18 mart 2016 | 16:00

18 mart 2016-cı il tarixdə saat 15:30-da Şirvan kinoteatrının qarşısındakı meydanda Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ümumşəhər el şənlikləri keçirildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, şura üzvləri və digər təşkilat rəhbərləri iştirak etdilər. Tədbirdə Respublikanın tanınmış incəsənət ustaları Zakir Əliyev, Bəturə Hüseynova, Gülay Qədirova, Sevil və Sevinc Səfərova bacıları, Əliağa Vahid adına Bakı Satira Teatrının aktyoru Allahverdi Yolçuyevin iştirakı ilə böyük konsert proqramı ilə çıxış etdilər.

Keçidlər