Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Pasxa bayramı qeyd edilib

13 aprel 2012 | 15:00

Şirvan şəhər İcra Hakimiyyətində Pasxa bayramı ilə əlaqədar Rus icmasının üzvləri ilə görüş keçirildi. Görüşdə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini E.Abbasov və şəhər Bələdiyəsinin sədri Ə.Babayev iştirak etdi. İcra Hakimiyyəti Başçısının müavini E.Abbasov, Şirvan şəhər İcra Hakimiyyəti başçısı M.T.Camalovun adından çıxış edərək Pasxa bayramı münasibətilə icma üzvlərini təbrik etdi. Şirvan şəhər rus icmasının sədri L.Urmantçova icma üzvləri adından onlara gösərilən diqqət və qayğıya görə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlığını bildirdi. Azərbaycanı öz doğma vətənləri hesab etdi. Tədbirdə iştirak edən rus icmasının 60 nəfərə yaxın aztəminatlı, tənha, əlil üzvlərinə maddi yardımlar göstərildi. Görüşdə Şirvan şəhər Rus icmasının üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu ünvanlandı.

Keçidlər