Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirildi.

13 may 2016 | 16:00

13 may 2016-cı il tarixdə saat 11:30-da Şirvan şəhər İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şirvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon prokurorlarının, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli sturukturlarının rəhbərlərinin iştirakı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirildi. Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Daxili İşlər Nazirliyinin idarə rəisi Əziz Bağışevin və Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev iştirak etdi.

Keçidlər