Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 28 May - Respublika günü bayramı və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibəti ilə ümumşəhər tədbiri keçirildi.

27 may 2016 | 16:00

27 may 2016-cı il tarixdə saat 11:00-da Şirvan şəhər Mədəniyyət Mərkəzində 28 May - Respublika günü bayramı və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibəti ilə ümumşəhər tədbiri keçirildi və bayram konserti təşkil olundu. Ümumşəhər tədbirində Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, şura üzvləri, hüquq mühafizə orqanları rəhbərləri və ictimai-siyasi təşkilatların nümayəndələri iştirak etdi. Tədbirdə Respublikanın tanınmış incəsənət ustaları Gülay Qədirova, Teymur Əmrah, Zenfira Qarabağlı və şəhərin mədəniyyət və incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı ilə çıxış etdilər.

Keçidlər