Şirvan şəhərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə ictimai dinləmə keçirildi.
17 iyun 2016 | 16:00
17 iyun 2016-cı il tarixdə saat 10:00-da Şirvan şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar olaraq ictimai dinləmə keçirildi. İctimai dinləmədə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, Hakimlər, şəhər Prokuroru, şəhər Polis Şöbəsinin rəisi, Bələdiyyə sədri, yerli QHT-ları, İcmalar və şəhər İcra Hakimiyyəti tərəfindən dəvət olunan KİV-i iştirak etdi.