Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyul 2016-cı il tarixdə Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda baş verən hadisə ilə bağlı - M Ə L U M A T

02 avqust 2016 | 16:00

Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz” zavodunda baş verən hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir. Bütün bunlara baxmayaq xəsarət alan 2 nəfərin müalicəsi davam etdirilir.
Hadisə zamanı bəzi Kütləvi İnformasiya Vasitələri başda “Yeni Müsavat” qəzeti olmaqla həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar. Bu da heç bir jurnalist etikasına sığmır.
Hadisə haqqında həqiqətə uyğun olmayan məlumatları yayan KİV-nə jurnalist etikasına hörmətlə yanaşmağa çağırırıq.
Əks halda hadisə haqqında həqiqətə uyğun olmayan və qərəzli mövqe tutan sayt və qəzetlər barədə öz hüquqlarımızı qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcəyik.

                         Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti

Keçidlər