Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Referendum seçkilər prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirəsi keçirildi.

07 sentyabr 2016 | 16:00

07 sentyabr 2016-cı il tarixdə saat 10:00-da Şirvan şəhər Polis Şöbəsində 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendum seçkilərlə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Azərbayan Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Referendum seçkilər prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirəsində 28 dairə seçki komissiyalarının sədrləri və 18 şəhər və rayon polis orqanları nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirildi. Seminar-müşavirədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyasının üzvləri Qabil Orucov və İlkin Şahbazov iştirak etdi.

Keçidlər