Şirvan şəhərində Müqəddəs Qurban bayramı qeyd edildi.
12 sentyabr 2016-cı il tarixdə saat 09:00-dan Şəhərin 18 və 21 nömrəli tam orta məktəblərin ərazisində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının təşəbbüsü və təşkilatçılığı ilə Müqəddəs Qurban bayramı qeyd edildi, qurbanlar kəsildi, şəhərdə yaşayan qaçqın və məcburi köçkünlərə, Çernobıl, gözdən əlillərə və digər güzəşt hüququ olan aztəminatlı ailələrə, kimsəsiz tənhalara qurban payları verildi, onların Qurban bayramları təbrik edildi.
Sonra saat 12:00-da isə Şirvan şəhər 16 nömrəli tam orta məktəbin akt zalında Müqəddəs Qurban bayramı ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılov,Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi, şura üzvləri və xidməti təşkilat rəhbərləri şəhid ailələri, Qarabağ əlilləri və Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşüb, onlara Müdafiə Sənayesi Nazirliyinin maliyyə dəstəyi ilə qurban payları və ərzaq bağlamaları verilmişdir.