Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərində 15 sentyabr – “Bilik günü”nə həsr olunmuş “İlk zəng” tədbirləri keçirildi.

15 sentyabr 2016 | 16:00

15 sentyabr 2016-cı il tarixdə saat 10:00-da Şirvan şəhər 10 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin maliyyə dəstəyi ilə 10 nömrəli tam orta məktəbin əsaslı təmiri və istilik sisteminin yenidən qurulmasından sonra açılışı və Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin ümumtəhsil məktəblərində 15 sentyabr – “Bilik günü”nə həsr olunmuş “İlk zəng” tədbirləri keçirildi. Açılış tədbirləri və “Bilik günü” ilə əlaqədar olaraq Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılov, şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimai-siyasi təşkilatların rəhbərləri 10 nömrəli tam orta məktəbdə oldular.

Keçidlər