Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar İcra Hakimiyyəti Başçısının geniş tərkibli şura iclası keçirildi.

02 noyabr 2016 | 16:00

02 noyabr 2016-cı il tarixdə saat 11:00-da YAP Şirvan şəhər təşkilatının akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələr və həmin dövrdə Şirvan şəhərinin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar İcra Hakimiyyəti Başçısının geniş tərkibli şura iclası keçirildi. Şura iclasında Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, şura üzvləri, hüquq mühafizə orqan rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdi.

Keçidlər