Şirvanda körpələr evinin açılışı olub
Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar hazırlanan tədbirlər planına uyğun olaraq Şirvan şəhərində 75 yerlik körpələr evinin əsaslı təmirdən sonra açılışı olub. İki mərtəbədən ibarət olan uşaq bağçası ən müasir tələblər səviyyəsində əsaslı təmir olunub. Bağçanın həyəti abadlaşdırılıb, dayanıqlı enerji və istilik sistemi də quraşdırılıb. Bayram tədbirinə şəhər rəhbərliyidə qatılıb. Körpələr sevincli anlarını şer söyləməklə bölüşüblər. Açılış mərasimində çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov körpələr evinin əməkdaşlarına gözaydınlığı verib. Bildirib ki, uşaq evinin açılışı əlamətdar bir günə Ulu öndərin doğum gününə təsadüf edib. O Ulu öndərin tarixi xidmətlərini yada salmaqla uşaqlara göstərdiyi qayğıdan danışıb. Bu gün ölkə Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın uşaqlara xüsusi diqqət göstərməsi uğurlu siyasətin davamının təzahürüdür deyən şəhər rəhbəri bildirib. Sonda bağçanın daxili otaqlarında yaradılmış şəraitlə tanışlıq olub.