Şirvan şəhərində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına 11 sərnişin liftlərinin açılış mərasimi keçirildi.
29 dekabr 2016 | 16:00
28 dekabr 2016-cı il tarixdə saat 16:30-da Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2016-cı il tarixli 2184 nömrəli sərəncamı ilə şəhərin lift təsərrüfatının maddi-texniki bazasıın möhkəmləndirilməsi üçün ayrılmış vəsait hesabına yenisi ilə əvəz edilmiş Heydər Əliyev prospekti 48 saylı 5 bloklu, 9 mərtəbəli və M.Ə.Rəsulzadə küçəsi 23 A, 23B, 23V, 27A, 27B, 27V saylı yaşayış binalarının ümumilikdə 11 sərnişin liftlərinin açılış mərasimi keçirildi. Açılış mərasimində Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, şura üzvləri, hüquq mühafizə orqanları rəhbərləri və 150 nəfər şəhər sakini iştirak etdi.