Şirvan şəhərində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi
1 İyun – Uşaqları Beynəlxalq Müdafiə günü münasibəti ilə Şirvan şəhərinin mərkəzi parklarından biri olan Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında tədbir keçirildi. Tədbirə qatılan Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri əvvəlcə şirvanlı uşaqların əl işlərindən,qazandıqları uğurlardan bəhs edən sərgi ilə tanış oldular. Şəhərdə fəaliyyət göstərən uşaq bağçalarının fidan balaları, məktəblilər, Kukla teatrının aktiyorları və Şirvan şəhər mədəniyyət işçiləri rəngarəng çıxışları ilə tədbir iştirakçılarına xoş bayram ovqatı bəxş etdilər.
Tədbirin sonunda Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov çıxış edərək uşaqları təbrik etdi. Ümumilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti millət vəkili Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan danışdı. Müxtəlif naminasiyalar üzrə müsabiqə qalibləri olan uşaqlara qiymətli hədiyyələr verdi.