Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar İcra Hakimiyyəti Başçısının geniş tərkibli şura iclası keçirildi

22 fevral 2017 | 16:00

22 fevral 2017-ci il tarixdə saat 11:00-da İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda söylədiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələr və həmin dövrdə Şirvan şəhərinin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar İcra Hakimiyyəti Başçısının geniş tərkibli şura iclası keçirildi. Şura iclasında Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılov, şura üzvləri, hüquq mühafizə orqan rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etdi.

Keçidlər