Şirvan şəhərində 26 Fevral - Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumşəhər anım tədbiri keçirildi.
24 fevral 2017 | 16:00
24 fevral 2017-ci il tarixdə saat 10:00-da Mədəniyyət Mərkəzində 26 Fevral - Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalovun, şura üzvlərinin, hüquq mühafizə orqan, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə ümumşəhər anım tədbiri keçirildi. Xocalı faciəsi zamanı şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şirvan şəhərində məskunlaşmış Xocalıdan olan 2 ailəyə maddi yardım göstərildi.