Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar bayram sovqatları verildi.

18 mart 2017 | 16:00

18 mart 2017-ci il tarixdə saat 11:00-da 18 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar Böyük Vətən Müharibəsi veteranlarına, şəhər ərazisində yaşayan yerli və məcburi köçkün şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və digər aztəminatlı ailələrin nümayəndələrinə bayram sovqatları verildi. Görüşdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri və aidiyyatı qurumların rəhbərlərinin iştirak etdi.
Sonra saat 14:00-da İcra Hakimiyyətinin akt zalında Şirvan şəhər İcra Hakimiyyəti, “Şirvan” OYL və “Qarasu” Əməliyyat şirkətləri tərəfindən Novruz bayramı ilə əlaqədar Şirvan şəhərində yerləşən Kommunal Kombinatı Müəssisəsi, Mənzil Təsərrüfatı və  Yaşıllaşdırma İdarələrində çalışan aztəminatlı işçilərə, şəhər ərazisində yaşayan əlil olmuş şəxslərə və digər aztəminatlı ailələrin nümayəndələrinə bayram sovqatları verildi. Görüşdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri və aidiyyatı qurumların rəhbərləri iştirak etdi.

Keçidlər