Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ümumşəhər tədbiri keçirildi.

31 mart 2017 | 16:00

31 mart 2017-ci il tarixdə saat 11:00-da YAP Şirvan şəhər təşkilatının qərərgahında Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ümumşəhər tədbiri keçirildi. Tədbirdə məktəb şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi və ədəbi-bədii kompazisiya nümayiş olundu. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısının I müavini Samid Abıyev, hüquq mühafizə orqanları rəhbərləri, şura üzvləri və digər təşkilat rəhbərləri iştirak etdi.

Keçidlər