Şriftin ölçüsü :

Saytın rəngi :

15.09.2012-ci ildə Şirvanda əsaslı təmir olunan təhsil müəssisələrinin açılışı olub

16 sentyabr 2012 | 15:00

Şirvanda əsaslı təmir olunan təhsil müəssisələrinin açılışı olub. Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq Şirvan şəhərində 2 orta məktəbin binası əsaslı, yenidən təmir edilərək şagirdlərin və müəllimlərin istifadəsinə verilib.

Bu gün Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və hüquq-mühafizə orqanlarının rəhbərləri öncə 960 şagird yerlik yenidən əsaslı təmir edilən 16 saylı orta məktəbin açılış mərasiminə qatıldılar. Məktəbin direktor Çingiz Şirəliyev pedaqoji kollektiv və şagirdlər adından danışaraq bildirib ki, məktəb 1974-cü ildə tikilərək istifadəyə verilib. Lakin o vaxtdan təmir edilməyən məktəb yararsız vəziyyətdə idi. Ötən il Dünya Bankının və Təhsil Nazirliyinin hesabına məktəbin binası bütovlükdə yenidən ən müasir səviyyədə təmir olunub. Ona görə də kollektiv adından həmçinin şagirdlər və müəllimlər adından ölkə Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Açılışda İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək Bilik Günü münasibəti ilə müəllimləri, şagirdləri, ilk dəfə məktəbə qədəm qoyan balacaları və valideyinləri təbrik edib. İcra başçısı çıxışında qeyd edib ki, Şirvan şəhərində, eyni zamanda respublikamızın hər yerində Prezident İlham Əliyevin sərəncamı, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yeni tikilmiş təhsil, səhiyyə, mədəniyyət ocaqları xalqımızın gələcəyinə, inkişafı naminə görülən tədbirlərə nümunədir. Şirvan şəhərində bu il 2 məktəbin əsaslı təmir olunduğunu və 1 məktəbin isə yenidən tikildiyini diqqətə çatdıran icra başçısı ölkə Prezidentinə sakinlər adından minnətdarlığını bildirib.

Sonra Hacıqəhrəmanlı qəsəbəsində 12 saylı məktəbində açılışı olub. Bu məktəb 1992-ci ildə inşa olunub və bərbad vəziyyətə düşmüşdü. Ötən ilin avqustundan 704 şagird yerlik məktəb İcra Hakimiyyətinə ayrılan büdcə vəsaiti hesabına bərpa-bərkitmə işləri ilə yanaşı əsaslı təmir edilib. Bu məktəbində açılışına şəhər rəhbərliyi gələrək təbriklərini çatdırıb. Məktəbin direktoru Bədirxan Qurbanov həm müəllim həmdə şagird heyəti adından danışaraq məktəbin inanılmaz dərəcədə yenidən yüksək səviyyədə təmir olunaraq istifadəyə verilməsinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib. Yaradılan şəraitin müqabilində təhsil işçiləri savadlı, bacarıqlı gənclərin yetişməsində öz töhvələrini verəcəyinə söz verib. Tədbir uşaqların hazırladığı proqramla davam edib.
 

Keçidlər