Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “İslam Həmrəliyi ili” ilə bağlı keçirildi.

27 aprel 2017 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı Aprelin 27-də Şirvan şəhər  İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində  “İslam həmrəyliyi:  müasir çağırışlar və dini maarifləndirmə”  adlı tədbir keçirilib.
“İslam həmrəyliyi:  müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən tədbiri Şirvan şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elmira xanım Ağayeva açdı. Tədbirdə DQİDK-nın sədrinin müavini Gündüz İsmayılov məruzə ilə çıxış etdi. Natiq bu ilin ölkəmizdə  “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Həmçinin Gündüz müəllim  dövlət-din münasibətlərinin ölkəmizdə yüksək səviyyə də olmasından, dini radikalizmin və ekstremizmin milli kimliyimizin formalaşmasında təhlükələrindən, ənənəvi islamı dəyərlərimizin  ölkə fonunda təbliği işlərindən, dindarlaşan vətəndaşlarımızın ənənəvi islam dini kontekstindən dinə yanaşmaları məsləhət görmüş,  həmçinin milli kimliyimiz yəni həm  Azərbaycanlı olmaqla həm də  müsəlman olmağın vəhdət təşkil etdiyini dinləyicilərin nəzərinə çatdırmışdır.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun sektor müdiri Abdulla Hacı dövlətimizin dini məsələlərə xüsusi önəm verdiyindən,dindarlara, dini qrumlara göstərilən diqqət və qayğıdan söhbət açdı. Tədbirdə gəncləri maraqlandıran suallara ətraflı cavablar verildi. Tədbirə Şirvan şəhər İcra Hakimiyyətinin müavini Elmira xanım Ağayeva yekun vurdu.

Keçidlər