Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə ümumşəhər tədbiri keçirildi.

10 may 2017 | 16:00

10 may 2017-ci il tarixdə saat 09:00-da Şirvan şəhər Heydər Əliyev Meydanında Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların və əmək kollektivləri rəhbərlərinin iştirakı ilə ümumşəhər tədbiri keçirildi. Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, abidə önünə gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti ilə bağlı filmin nümayişi olundu.
Sonra saat 10:00-dan başlayaraq Şirvan şəhər ərazisində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə geniş ictimaiyyətin iştirakı ilə ümumşəhər iməcliyi keçirildi.

Keçidlər