Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev prospekti 3, 5, 7, 11 saylı binaların qarşısında yeni tikilmiş nümunəvi məhəllənin açılışı.

08 noyabr 2012 | 16:00

Şirvanda növbəti abadlaşdırılan nümunəvi məhəllənin açılışı olub. Son illərdə Şirvan şəhərində həyata keçirilən quruculuq, abadlıq işləri mərkəzi küçələrlə yanaşı daxili məhəllələridə əhatə edib.
Heydər Əliyev prospektində 1955-1960-cı illərdə tikilmiş, hal-hazıradək heç bir təmir tikinti işləri aparılmayan çoxmərtəbəli yaşayış binalarının ətrafında geniş quruculuq və abadlıq işləri aparılır. Binaların dam örtükləri, fasadları, eyvanları (balkonları) tam yenidən qurulur, giriş bloklara tamet örtük döşənir. Heydər Əliyev prospekti 1A, 3, 5, 7, 11, 14, 15, 16 saylı binaların qarşı tərəfində 3 yeni nümunəvi məhəllə salınmışdır. Nümunəvi məhəllədə 1 ədəd xeyir-şər evi tikilmiş, uşaq əyləncə mərkəzləri, yaşlı sakinlərin istirahəti üçün günlüklər quraşdırılmış, əraziyə tamet örtük döşənərək ağac və gül kolları əkilmişdir. Hal-hazırda Heydər Əliyev Prospekti 3, 5, 7 və 11 saylı binaların qarşısında açılışı olan 15-ci nümunəvi məhəllədə əhalinin istirahəti üçün 4 ədəd günlük (besetka), 10 ədəd uşaq əyləncə mərkəzləri quraşdırılmış, 8 ədəd oturacaq və tullantıların atılması üçün zibil qutusu qoyulmuş, 1800 p/m beton bardyur tökülmüş, 1560 m2 tamet örtük, 1250 m2 asfalt örtük döşənmiş, 30 maşın yararlı torpaq törülərək 380 ədəd zeytun və şam ağacları əkilmiş, məhəllə əhalinin istifadəsinə verilmişdir.
İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov rayonun idarə və müəssisələrinin, hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə məhəllənin açılışına gələrək sakinlərlə görüş keçiriblər. Şəhər rəhbəri çıxışında Şirvanda görülən işlərin Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramının tərkib hissəsi olduğunu vurğulayaraq bu işlərin davamlı olacağını sakinlərin diqqətinə çatdırıb. Sakinlər isə öz növbələrində əvvəllər yaşadıqları ünvanda acınacaqlı vəziyyətin olmasının narahatçılıq doğurduğunu artıq həmin ərazidə yaşayış üçün normal şəraitin yaradıldığını bildirərək Ölkə rəhbəri İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
 

Keçidlər