Şriftin ölçüsü :

Saytın rəngi :

28 May küçəsi 1, 2 saylı binaların qarşısında yeni tikilmiş 16-cı nümunəvi məhəllənin açılışı.

13 noyabr 2012 | 16:00

Şirvan şəhərində aparılan geniş abadlıq və quruculuq işləri ilə yanaşı məhəllərdə, yaşayış massivlərində qanunsuz tikili, çəpərləmələr sökülərək ləğv edilir və həmin ərazilərdə yeni nümunəvi məhəllələr salınır. Aparılan abadlıq və quruculuq işləri, yeni salınan nümunəvi məhəllələr, tikilən xeyir-şər evləri əhali tərəfindən yüksək qiymətləndirilir. Hal-hazırda 28 May küçəsi 1, 2 saylı binaların qarşısında açılışı olan 16-cı nümunəvi məhəllədə əhalinin istirahəti üçün 2 ədəd günlük (besetka), 6 ədəd uşaq əyləncə mərkəzləri quraşdırılmış, 6 ədəd oturacaq və tullantıların atılması üçün zibil qutusu qoyulmuş, 900 p/m beton bardyur tökülmüş, 345 ədəd dekorativ barduyur qoyulmuş, 940 m2 tamet örtük, 1450 m2 asfalt örtük döşənmiş, 50 maşın yararlı torpaq törülərək 250 ədəd zeytun və şam ağacları əkilmiş, ərazidə olan ticarət obyektləri qaydaya salınmış, məhəllə əhalinin istifadəsinə verilmişdir.
Noyabr ayının sonlarına H.Əliyev prospekti 26A və 28A saylı binaların qarşısında 17-ci nümunəvi məhəllənin açılışı nəzərdə tutulur.
 

Keçidlər