Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Müqəddəs Qurban bayramı qeyd edildi.

01 sentyabr 2017 | 16:00

01 sentyabr 2017-ci il tarixdə saat 09:00-dan Şəhərin 16 və 21 nömrəli tam orta məktəblərin ərazisində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının təşəbbüsü və təşkilatçılığı ilə Müqəddəs Qurban bayramı qeyd edidi, qurbanlar kəsildi, şəhərdə yaşayan qaçqın və məcburi köçkünlərə, Çernobıl, gözdən əlillərə və digər güzəşt hüququ olan aztəminatlı ailələrə, kimsəsiz tənhalara qurban payları verildi, onların Qurban bayramları təbrik edildi.
Sonra saat 12:00-da Şirvan şəhər 16 nömrəli tam orta məktəbin akt zalında Müqəddəs Qurban bayramı ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılov, şura üzvləri və xidməti təşkilat rəhbərləri şəhid ailələri, Qarabağ əlilləri və Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüşmüşlər, onlara şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına qurban payı və ərzaq bağlamaları verilmişdir.

Keçidlər