Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci il İdman ilinin yekunları ilə bağlı Ümumşəhər tədbiri

06 dekabr 2012 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2012-ci il tarixli 1965 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2012-ci il “İdman ili” elan olunmuş, Sərəncamın icrası məqsədilə tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planının icrası istiqamətində həm ölkə miqyasında, həm də şəhərimizdə bir sıra mühüm tədbirlər həyata geçirilmişdir.
05 dekabr 2012-ci il tarixdə Şəhər Mərkəzi Mədəniyyət Evində 2012-ci il İdman ilinin yekunları ilə bağlı ümumşəhər tədbiri keçirildi.
2012-ci il İdman ilinin yekunları ilə bağlı keçiriləcək ümümşəhər tədbirindən əvvəl şəhərin İdman ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər güllər düzmüşlər.
Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, hüquq mühafizə orqanlarının və şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və şəhərin bütün idman ictimaiyyəti iştirak edirdilər.
Tədbirdə çıxış edən natiqlər 2012-ci il “İdman ili” çərçivəsində görülən işlərdən, qarşıya qoyulan vəzifələrdən və əldə olunan nailiyyətlərdən danışdılar.
2012-ci il “İdman ili” ərzində şəhərdə fəaliyyət göstərən müxtəlif idman növləri üzrə Gənclər və İdman İdarəsi tərəfindən keçirilmiş 38 daxili tədbirdə 4455 nəfər yeniyetmə, gənc və şəhərin idarə, müəssisələrində çalışan şəxslər iştirak etmişdir.
Qeyd edilən dövr ərzində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən respublikamiqyaslı yarışlarda 520 nəfər yeniyetmə və gənc şəhərimizi təmsil edərək, onlardan 61 nəfər I yerə, 25 nəfər II yerə, 62 nəfər isə III yerə layiq görülmüşdür.
Bundan başqa Bakı şəhərində boks idman növü üzrə keçirilən “ Böyük İpək Yolu” beynəlxalq turnirdə 3 nəfər idmançımız və “Heydər Əliyev kuboku” beynəlxalq turnirində 3 nəfər idmançımız şəhərimizi təmsil etmişdir. Türkiyədə keçirilən kikboks idman növü üzrə beynəlxalq turnirdə 1 nəfər idmançımız iştirak edərək I – yerə, Gürcüstan Respublikasında isə keçirilən beynəlxalq turnirdə 2 nəfər idmançımız iştirak edərək 1 nəfər idmançımız III – yerə layiq görülmüşdür.
Bakı şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89 – cu ildönümünə həsr olunmuş gənclər arasında futbol idman növü üzrə keçirilən beynəlxalq turnirdə şəhərimizin komandası III- yerə, Ukraniyada Şahmat üzrə beynəlxalq festivalda şəhərimizin 2 idmançısı iştirak edərək I yerə layiq görülmüşlər.
Ümumilikdə Beynəlxalq yarışlarda 37 nəfər idmançı şəhərimizi təmsil etmiş, 7 nəfər I yerə, 1 nəfər II yerə, 3 nəfər isə III yerə layiq görülmüşdür.
Tədbirin sonunda Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Cənab Mərdan Camalov il ərzində yüksək nailiyyətləri ilə seçilər məşqçi müəllim və idmançıları mükafatlandırdı. Şəhər idmanının yetişdirdiyi ən adlı-sanlı idmançılardan olan 6 qat ölkə çempionu, Beynəlxalq yarışların və festivalların qızıl medalını, Avropa çempionatının bürünc medalını, Dünya çempionatının gümüş medalını, Türk dünyası spartakiyadasının qızıl medalını qazanmış, FİDE ustası, Beynəlxalq Usta və Qrossmestyer, dünyanın ilk 100 qadın şahmatçısı arasında yer alan Gülnar Məmmədova isə Mərdan Camalov cənabları tərəfindən mənzil təqdim edildi.
 

Keçidlər