Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik 4 nömrəli “Qərənfil” Körpələr evi-uşaq bağçasının açılışı keçirildi.

15 sentyabr 2017 | 16:00

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yeni inşa edilmiş 6 qruplu 100 yerlik 4 saylı “Qərənfil” körpələr evi-uşaq bağçası 15 sentyabr 2017-ci il tarixdə açıldı.
        Açılış mərasimində şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, körpələr evi-uşaq bağçasının müdiri Samirə Qasımova, valideyn, şəhər sakini Ənvər Həsənov çıxış edərək tədbir iştirakçılarını bağçanın açılışı münasibəti ilə təbrik etdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya yeni, müasir memarlıq üslubunda olan, ikimərtəbəli körpələr evi-uşaq bağçasının tikintisinə göstərilən diqqət və qayğıya öz minnətdarlıqlarını ifadə etdilər. Sonra şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov bağçanın açılışını bildirən qırmızı lenti kəsərək tədbir iştirakçıları ilə birlikdə bağçada yaradılmış şəraitlə tanış olmuşlar.
       Yeni istifadəyə verilən körpələr evi-uşaq bağçasının ümumi sahəsi 1498, 92 m2 –dir. Müasir tələblər səviyyəsində inşa edilən uşaq bağçasında zəruru avadanlıqlarla təhciz edilmiş kompüter, həkim  otaqları, bufet, yeməkxana, personal otaqları, gimnastika və musiqi zalı, oyun və yataq otaqları, həmçinin  yardımçı otaqlar və sanitar qovşaqları vardır. Bağçanın ərazisini əhatə edən hasar çəkilmiş, yaşıllıq zolağı salınmış, oyun meydançası, su anbarı və qazanxana tikilmişdir.

Keçidlər