Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ümumşəhər anım tədbiri.
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin anım günü Şirvan şəhərində qeyd olundu. 12 dekabr Anım Gününə qədər Şirvan şəhərinin təhsil ocaqlarında, müəssisə və təşkilatlarda silsilə tədbirlər keçirilib. Dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi dövr təhlil edilib, araşdırılıb gənc nəsillərin diqqətinə çatdırılıb. Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin XX əsrin sonu XXI əsrin əvvələrində Azərbaycanın əldə etdiyi müstəqilliyin banisi olduğu xüsusi vurğulanıb. Bu günkü qüdrətli, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün bu gün səhər saatlarından başlayaraq Şirvan şəhər sakinləri dahi insanın abidəsini ziyarət etməyə başlayıblar. Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar Ulu Öndərin abidəsi önünə gələrək gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. Heydər Əliyev Mərkəzində Dahi Rəhbərin həyat və yaradıcılığını əks etdirən foto guşəyə baxış olub.