Heydər Əliyev Prospekti 24, 26, 26A və 28A saylı binaların qarşısında yeni tikilmiş 17-ci nümunəvi məhəllənin açılışı
Şirvan şəhərinin Heydər Əliyev Prospekti 24, 26, 26A və 28A saylı yaşayış binaların qarşısında yeni tikilmiş 17-ci nümunəvi məhəllənin açılışı mərasiminə İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri qatılıblar.
Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək əvvəlcə sakinləri salamlayıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylili günü və Yeni İl münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb. M.Camalov bildirib ki, bu gün ki, tədbirimiz təsadüfi deyil. Bu gün ölkəmizin Prezidenti İlham Əliyevin anadan olduğu gündür. Dövlət başçımızı Şirvan şəhərinin bütün sakinləri adından doğum günü münasibəti ilə təbrik edərək şərəfli və məsuliyyətli işlərində uğurlar arzu edirəm.
Şəhər rəhbəri nitqində xüsusi vurğulayıb ki, ölkə prezidenti İlham Əliyevin regionların əsaslı şəkildə inkişaf etdirilməsini qarşıya vəzifə olaraq qoyması şəhərimizin abadlaşmasına təkan verir həmçinin əhalinin rahatlığına təminat yaradır. Odur ki, şəhərimizin ərazisində bütün yaşayış massivilərinin qarşısında bu cür nümunəvi məhəllələrin bundan sonrada yaradılması davam edəcəkdir, deyə M.Camalov bildirib. Məhəllə sakinləri yaradılan şəraitə görə Prezident İlham Əliyevə və İcra Başçısı Mərdan Camalova minnətdarlıqlarını bildiriblər. İcra Başçısı sakinləri dinləyərək müraciətlərini, təkliflərini qəbul edərək yerindəcə tapşırıqlar verib.
Məlumat üçün qetd edirik ki, Şirvan şəhərində aparılan geniş abadlıq və quruculuq işləri ilə yanaşı məhəllərdə, yaşayış massivlərində qanunsuz tikili, çəpərləmələr sökülərək ləğv edilir və həmin ərazilərdə yeni nümunəvi məhəllələr salınır. Aparılan abadlıq və quruculuq işləri, yeni salınan nümunəvi məhəllələr, tikilən xeyir-şər evləri əhali tərəfindən yüksək qiymətləndirilir. Heydər Əliyev Prospekti 24, 26, 26A və 28A saylı binaların qarşısında açılışı olan 17-ci nümunəvi məhəllədə əhalinin istirahəti üçün 2 ədəd günlük (besetka), 6 ədəd uşaq əyləncə mərkəzləri quraşdırılıb, 6 ədəd oturacaq və tullantıların atılması üçün zibil qutusu qoyulub, 850 p/m beton bardyur və 65 metr dekorativ barduyur qoyululub, 1100 m2 tamet örtük, əraziyə 300 m2 asfalt örtük döşənib, 50 m2 ağlay pilləkən qoyulub, 820 ədəd mişar daşından divar hörülüb, 80 m2 suvaq vurulub, yeni yaşıllıq zolağı salmaq məqsədi ilə lazım olan yerlərə 70 maşın yararlı torpaq törülərək 252 ədəd zeytun və şam ağacları əkilib.