Şirvan şəhərində Yeni il tədbiri keçirildi.
Dünya Azərbaycanlıların Həmrəylik günü, Yeni il bayramı münasibəti ilə Şirvan şəhərində silsilə tədbirlər keçirilib. İdarə, müəssisə və təşkilatların təhsil, səhiyyə və mədəniyyət işçilərinin iştirak etdiyi bayram tədbirində şəhərdə görülən işlər və qarşıda duran əsas vəzifələr müzakirə olunub. Tədbirdə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov öz təbriklərini çatdırıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas strateji ideyalarından biridə məhz azərbaycanlıların həmrəyliyi və birliyi ilə bağlı olub. Dünyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, yaşadığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətlərini genişləndirməsi, milli maraqlara xidmət etməsi bu siyasətin prioritet istiqaməti olub. Qeyd olunub ki, milli lider xarici ölkələrə etdiyi çox saylı səfərlərdə mütəmadi olaraq diasporumuzun nümayəndələri ilə görüşmüş, onların problem və qayğıları ilə maraqlanıb və öz göstəriş və tövsiyyələrini verib. Həmçinin bildirilib ki, dünya azərbaycanlılarının vahid ideya, məqsəd və prinsiplər ətrafında sıx birliyini təmin edilməsi üçün məqsədyönümlü tədbirlər bu gündə davam etdirilir. Digər çıxış edənlərdə xarici ölkələrdə yaşayan soydaşlarımızın milli birlik və həmrəylik ideyaları ətrafında birləşməsindən və bunun bariz nümunəsi olan 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayının əhəmiyyətini nəzərə çatdırıblar. Çıxışlarda həmçinin ölkəmizin sürətli iqtisadi inkişafından, ən nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilməsindən və onun regionda artan nüfuzundan danışıblar.