Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

31 yanvar 2013 | 16:00

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində ötən ilin yekunları sakinlərin iştirakı ilə müzakirə olunub. Sakinlərlə görüşən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Prezident Admnistrasiyasının məsul işçisi Əlibaba Əliyev, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri gəliblər. Qəsəbə sakinlərinin narahat edən problemlər, irəli sürdükləri təkliflər şəhər rəhbərliyi tərəfindən dinlənilib. İlk öncə Hacıqəhrəmanlı qəsəbəsinin icra nümayəndəsi Şakir Hacıyev qəsəbə barədə məlumat verərək bildirib ki, hazırda qəsəbənin ərazisi 8,95 km2 ərazini əhatə edir və burada 516 təsərrüfat mövcuddur. Qəsəbədə 2385 nəfər sakin yaşayır və bunlardan 1327 nəfəri əmək qabiliyyətli olmaqla 314 nəfəri işləyir. Əhalinin əsas məşquliyyəti heyvandarlıq və tərəvəz məhsullarının yetişdirilməsidir. Qəsəbədə 630 şagird yerlik orta məktəb, 1 kitabxana, 1 klub, 1 EATS, 1 poçt şöbəsi, 1 baytarlıq məntəqəsi əhaliyə xidmət göstərir. Hacıqəhrəmanlı sakinləri adından Hacı Nəriman danışaraq bildirib ki, əvvəla ölkə başçımız İlham Əliyevə şəhərimizə 2 milyon manat yardım ayırdığı üçün minnətdarlığımızı bildiririk. Qəsəbəmizdə Preezident İlham Əliyevin sərəncamı ilə bu il yeni ən müasir səviyyədə orta məktəb tikilərək övladlarımızın istifadəsinə verilib. Qəsəbəmizin sosial problemlərinin həll olunması üçün lazımi işlər görülüb. Qəsəbəmiz daimi işıq və qazla təmin olunub. Ona görədə Prezidentimiz İlham Əliyevə təşəkkür edərək ona Allahdan uzun ömür, can sağlığı arzu edirik və bildiririk ki, sadə insanlara qayğı göstərdiyi üçün biz Hacıqəhrəmanlılar da daim İlham Əliyevin ətrafındayıq, ondan çox razıyıq. Digər sakinlər 76 yaşlı qocaman Hacəli Hacıyev, Gülsəfa Əsədov Hacıqəhrəmanlının daxili yollarının təmir olunmasını, əhalinin içməli və əkin sahələrin suvarmaq üçün su probleminin həll olunmasının vacibliyini şəhər rəhbərliyindən diqqətinə çatdırdılar. Seyidxanım adlı qəsəbə sakini ailələrinin iqtisadi durumunu yaxşılıaşdırmaq üçün oğlunun işlə təmin olunmasını İcra başçısından xahiş etdi. İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov sakinləri dinləyərək bildirib ki, bu yaxın zamanlarda Şirvan şəhərinin 2 qəsəbəsinin Bayramlının və Hacıqəhrəmanlının daxili yollarının hətta məhəllə yollarının asfaltlaşdırılması üçün dövlətimiz tərəfindən tədbir görüləcək. Hacıqəhrəmanlının su problemi isə dövlət proqramında nəzərdə tutulub və bu ilin sonunda nəticəsinin şahidi olacağıq. Şəhər rəhbəri işlə təmin olunma məsələsini yerindəcə göstəriş verərək həll etdi. İcra Başçısı sakinlərin diqqətinə çatdırıb ki, bu gün ölkəmiz Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf proqramı ilə nailiyyətlərə nail olub. Bu gün Azrəbaycanın regionda bu cür sürətlə inkişafını, qüdrətlənməsini istəməyən qüvvələr insanlar arasında çaşqınlıq nifaq yaratmaq istəyirlər. Amma sizin kimi vətəndaşlarımız bu cür niyyətli insanlara hər zaman olduğu kimi bu gündə layiq olduqları yerləri göstərirsiniz. Azərbaycanın, eləcə də Şirvan şəhərinin inkişafı, insanların rifah halının yüksəlişi yalnız prezidentimiz İlham Əliyevin səyi sayəsindədir, deyən icra başçısı sonda şəhid anasını ayrılıqda qəbul edərək onların problemləri ilə maraqlanıb.

Keçidlər