“Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perespektivlər” mövzusunda ictimai müzakirələr keçirildi.
25 noyabr 2017-ci il tarixdə saat 14:00-da Mədəniyyət Mərkəzində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərliyi və Şirvan şəhəri, Beyləqan, Biləsuvar, Hacıqabul, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarının nümayəndələrinin, sahibkarlar, bələdiyyə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perespektivlər” mövzusunda ictimai müzakirələr keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi Siyasət və Sənaye Məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azexport portalının rəhbəri Zaur Qardaşov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sektor müdiri Fariz Əhmədov iştirak etdi.