“Hər şey vətən üçün!” adlı hərbi vətənpərvərlik mövzusunda tədbir keçirildi.
10 yanvar 2018 | 16:00
10 yanvar 2018-ci il tarixdə saat 11:00-da Heydər Əliyev Mərkəzində 1997-ci il aprel ayının 7-də Azərbaycanın Xüsusi Təyinatlı Kəşfiyyat Qrupunun döyüş tapşırığını yerinə yetirməsi zamanı əsir düşməmək üçün özlərini əl qumbarası ilə şəhid edən və Ulu öndər Heydər Əliyevin “Azərbaycan bayrağı ordeni” ilə təltif edilən yeddi kəşfiyatçıya həsr edilmiş “Hər şey vətən üçün!” adlı hərbi vətənpərvərlik mövzusunda İstək liseyinin və “N” saylı hərbi hissəsinin əsgər və zabitlərin iştirakı ilə tədbir keçirildi.