Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 20 Yanvar (1990) Faciəsinin 28-ci ildönümü ilə əlaqədar ümumşəhər anım mərasimi keçirildi.

20 yanvar 2018 | 16:00

20 yanvar 2018-ci il tarixdə saat 10:00-da 20 Yanvar Faciəsinin 28-ci ildönümü ilə əlaqədar İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, şura üzvlərinin, ictimai-siyasi təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Şəhidlər Xiyabanı" ziyarət edildi, "Əbədi məşəl abidəsi" önünə və şəhid məzarları üzərinə gül dəstələri qoyularaq, şəhidlərin ruhuna dualar oxundu.
Saat 11:00-da 20 Yanvar Faciəsinin 28-ci ildönümü ilə əlaqədar İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, şura üzvlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimai-siyasi qurumların, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə "20 Yanvar abidəsi" önündə ümumşəhər anım mərasimi keçirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, abidə önünə gül dəstələri qoyuldu.
Sonda saat 12:30-da 20 Yanvar Faciəsinin 28-ci ildönümü ilə əlaqədar İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının və şura üzvlərinin iştirakı ilə “El qəbristanlığı”nda uyuyan şəhid məzarları ziyarət edilərək, şəhid qəbirləri üzərinə gül-çiçək dəstələri qoyularaq, şəhidlərin ruhuna dualar oxundu.

Keçidlər