Heydər Əliyev prospekti 18, 22, 24, 26 və 28 saylı binaların qarşısında 18–ci yeni tikilmiş nümunəvi məhəllənin açılışı.
Heydər Əliyev prospektində 1955-1960-cı illərdə tikilmiş, hal-hazıradək heç bir təmir tikinti işləri aparılmayan çoxmərtəbəli yaşayış binalarının ətrafında geniş quruculuq və abadlıq işləri aparılır. Binaların dam örtükləri, fasadları, eyvanları (balkonları) tam yenidən qurulur, giriş bloklara tamet örtük döşənir. Heydər Əliyev prospekti 18, 22, 24, 26 və 28 saylı binaların qarşı tərəfində 5 yeni nümunəvi məhəllə salınmışdır. Nümunəvi məhəllədə uşaq əyləncə mərkəzləri, yaşlı sakinlərin istirahəti üçün günlüklər quraşdırılmış, əraziyə tamet örtük döşənərək gül kolları əkilmişdir. Hal-hazırda Heydər Əliyev Prospekti 18, 22, 24, 26 və 28 saylı binaların qarşısında açılışı olan 18-ci nümunəvi məhəllədə əhalinin istirahəti üçün 5 ədəd günlük (besetka), 15 ədəd uşaq əyləncə mərkəzləri quraşdırılmış, 10 ədəd oturacaq qoyulmuş, 1010 metr beton bardyur tökülmüş, 541 ədəd dekorativ bardyur qoyulmuşdur, 2500 m2 tamet örtük, fasad hissəsi mineral suvaqla üzlənmiş “Penoplas”, 970 m2 asfalt örtük döşənmiş məhəllə əhalinin istifadəsinə verilmişdir.