Dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirildi.
19 fevral 2018 | 16:00
19-21 fevral 2018-ci il tarixlərdə 46 saylı Şirvan Seçki Dairəsində Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyası üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirildi. Kurslarda Mərkəzi Seçki Komissiyasının nümayəndələri Samir Tağıyev və Natiq Abbasov iştirak etdi.