Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Şirvan şəhər təşkilatı Yeni Azərbaycan Partiyası sıralarına qoşulmaq və Prezident İlham Əliyevə dəstək göstərmək məqsədi ilə yığıncaq keçirdi.

16 fevral 2018 | 16:00

         16 fevral 2018-ci il tarixdə saat 11:00-da Əlillərin Bərpa Mərkəzində YAP Şirvan şəhər təşkilatı Yeni Azərbaycan Partiyası sıralarına qoşulmaq və Prezident İlham Əliyevə dəstək göstərmək məqsədi ilə yığıncaq keçirdi.
        Tədbir, Baş həkim Könül xanım Abbasovanın və sözü gedən  Mərkəzin bütün işçi kollektivinin  həmin Mərkəzdə müalicə olunan  xəstələrə göstərdikləri yüksək səviyyədə xidmət və  onlar üçün yaradılan hər cür şərait, həmçinin qayğının nəticəsində, müalicə olunan  xəstələrin, Ölkəmizin başçısı Cənab İlham Əliyevə dəstək və  minnətdarlıq məqsədini daşıyırdı. Belə ki, Şirvan şəhər Əlillərin Regional Bərpa və Müalicə Mərkəzində müalicə olunan  əlillər, şəhid ailələri, Qarabağ əlilləri və qeyd olunan şəxslərin yaxın qohumları  Baş həkim Könül xanım Abbasovaya dərin təşəkkür və minnətdarlıqlarını bildirərək vurğulamışlar ki, müalicə olunduqları zaman onlara göstərilən hər tərəfli yüksək səviyədə xidmətə görə Cənab İlham Əliyevə borcludurlar. Daha sonra bildirmişlər ki,  bütün bu yaradılan şərait və xidmət Cənab Prezidentimizin sayəsindədir. Onunüçündə   dövlətimizin başçısı Cənab İlham Əliyevə öz sevgimizi və dəstəyimizi, Ümummili Liderimiz Heydər Əliyevin qurub yaratdığı Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaqla sübüt etmək istəyirik .
        Yüzə yaxın vətəndaş Prezidentimizə dəstək məqsədilə Yeni Azərbaycan Partiyasına üzv oldular. Partiyaya üzv olanlar Könül xanım  Abbasovanın rəhbərlik etdiyi Tibb ocağında müalicə olunan yuxarıda qeyd etdiyimiz kimi, əlillər, şəhid ailələri, Qarabağ əlilləri və onların yaxın qohumları oldu . Tədbirdə  ilk olaraq  Mərkəzin  Baş həkimi Könül  xanım Abbasova öz  çıxışında bildirdi ki, bizim bütün uğurlarımız Ali Baş Komandanımız Cənab İlham Əliyevin apardığı ölkə daxili və ölkə xarici siyasətidir ki, biz onun tutduğu yolda irəliləyirik və  bizə örnək olan Prezidentimiz, onun xanımı 1-ci Vitse Prezident Mehriban xanım Əliyevadır ki, biz  onların göstəriş ve tapşırıqlarını yerinə yetirərək  hər zaman zəfər çalırıq. Beləliklə tədbir bir çox ziyalıların, o cümlədən Yeni Azərbaycan Partiyasına üzv olanların çıxışlarıyla sona yetdi. 

Keçidlər