Qardaşlaşmış şəhərlərin görüşü
Qazaxstanın Atırau şəhəri ilə Şirvan şəhərinin rəsmi qardaşlıq görüşü baş tutub. Bu gün Qazaxıstan Respublikasının Atırau şəhərinin akimi (icra hakimiyyətinin başçısı) Aydarbekov Serik Kenqanoviç başda olmaqla 24 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı konsulu Rəşad Məmmədov, Baş Konsulluğun müşaviri Elxan Zeynalov Qazaxıstanın Atırau şəhəri ilə Azərbaycanın Şirvan şəhərinylə qardaşlaşması üçün Şirvan şəhərinə rəsmi səfərə gəliblər.
Səfər proqramı çərçivəsində nümayəndə heyətini Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov qarşılayıb. Qonaqlar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Ümummilli lider Heydər Əliyevin abidəsinin önündə hər iki şəhərin nümayəndələri xatirə şəkili çəkdiriblər. Sonra nümayəndə heyəti Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla çay süfrəsi ətrafında fikir mübadiləsi ediblər. M.Camalov qonaqlara Şirvan şəhəri barəsində ətraflı məlumat verib.
Azərbaycanın Qazaxstandakı konsulu Rəşad Məmmədov, Atırau şəhərinin akimi Serik Aydarbekov çıxış edərək görüşün səmərəliliyindən, hər iki şəhərin qardaşlaşmasının təməlində Ulu Öndər Heydər Əliyevin və Qazaxstan prezidenti Nursultan Nazarbayevin gərgin əməyinin olmasını diqqətə çatdırıblar. Qazaxstanla Azərbaycanın bu gündə sıx qardaşlıq əlaqələrinin davam etdirilməsi və dərinləşməsində prezident İlham Əliyevin xidmətlərinin olmasını vurğulayıblar. Görüş çərçivəsində hər iki şəhərin rəhbərləri Şirvan və Atıraunun qardaşlaşması haqqında birgə bəyannamə imzalayıblar. M.Camalov Atırau şəhərinin merinə üzərində İlham Əliyevin və Nursultan Nazarbayevin şəkillərini əks etdirən xalça, nümayəndə heyətinə isə Qız qalasının suvenirlərini hədiyyə olaraq təqdim edib.
Qonaqlar isə Şirvan şəhər icra hakimiyyətinin başçısı M.Camalova Qazax xalqının adət ənənəsini əks etdirən foto portirert təqdim ediblər. Rəsmi mərasimdən sonra Qazaxıstanın Atırau şəhərinin nümayəndə heyyəti Şəhidlər Xiyabanını ziyarət edib, Bayraq Meydanı seyrangahı, Şirvan Müalicə Diaqnostika Mərkəzi, Şirvan Olimpiya İdman Kompleksi, “Cənub” Elektrik Stansiyası və şəhərin digər görməli yerləri ilə tanış olublar. Qazaxıstan Respublikasının Atırau şəhərindən gələn nümayəndə heyyətinin şərəfinə icra hakimiyyəti tərəfindən ziyafət verilib. Ziyafətdə Respublika Muğam Musiqi Festivalının qalibləri Səbinə Ərəblinin, Elnur Zeynalovun və Şirvan rəqs qrupunun iştirakı ilə bayram konserti təşkil edilib.