Səhiyyə Naziri Oqtay Şirəliyev Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşları qəbul etmişdir.
Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev tərəfindən Şirvan şəhəri, Sabirabad, Saatlı, Salyan, Neftçala, Hacıqabul rayonlarından müraciət edən vətəndaşların qəbulu.
Qəbulda nazir Oqtay Şirəliyevə əsasən, yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələrin müalicəsinə kömək göstərmək və işə qəbulla bağlı müraciətlər olunmuşdur.
Qaldırılan məsələlərin bir neçəsi yerindəcə həll edilmiş, digər müraciətlərin müsbət həllinə kömək göstərilməsi məqsədi ilə nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri isə aidiyyəti təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.