Şirvan şəhərində 28 dairə seçki komissiyalarının sədrləri və 18 şəhər və rayon polis orqanları nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirildi.
28 mart 2018-ci il tarixdə saat 11:00-da şəhər Polis Şöbəsində 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Azərbayan Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Prezident seçkiləri prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirəsində 28 dairə seçki komissiyalarının sədrləri və 18 şəhər və rayon polis orqanları nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirildi.
Müşavirədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Süleymanova Elmira Teymur qızı iştirak etdi.