Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil Naziri Şirvanda vətəndaşları qəbul edib

26 may 2013 | 15:00

Təhsil Naziri Şirvanda 9 rayondan olan vətəndaşları qəbul edib. Bu gün Təhsil Naziri cənab Mikayıl Cabbarov Şirvan şəhərində Şirvan şəhəri daxil olmaqla Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edib. Saat 10:00 da başlayan qəbula xeyli sayda gələn insanlar var idi. Nazir vətəndaşları dinləyərək onları narahat edən məsələlərin həlli üçün lazımı tapşırıqlarını verdi. Nazirin qəbulunda qeyd olunan 9 rayonun təhsil şöbələrinin müdirləridə iştirak edirdi. Nazirə olunan müraciətlərin əksəriyyəti işə qəbulla olub. Mikayıl Cabbarov jurnalistlər üçün brifinq keçirərək sualları cavablandırıb.

Keçidlər