Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Şirvanda dinləmələr keçirib.

23 may 2013 | 15:00

Ombudsman Şirvanda dinləmələr keçirib. Bu gün Şirvan şəhərində Ombudsman Elmira Süleymanovanın iştirakı ilə dinləmə keçirilib.
      Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tərbiqi vəziyyətinin öyrənilməsi həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsidir. Tədbirdə Şirvan şəhərinin hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, QHT nümayəndələri, ziyalılar, idarə müəssisə rəhbərləri iştirak ediblər.
     Tədbirdə giriş sözü ilə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov Milli Fəaliyyət proqramının icrası barədə ətraflı məlumat verib. Şirvanda son illər ərzində iqtisadi, sosial sahədə əldə olunan uğurlardan danışan icra başçısı QHT-lərin və vətəndaşların hüquqlarının vəkillər tərəfindən müdafiə olunması üçün lazımı şəraitin yaradıldığını diqqətə çatdırıb. Ombudsman Elmira Süleymanova öz növbəsində fikirlərini ictimaiyyətlə bölüşərək geniş çıxış edib.
    Tədbir dinləmələrlə davam edib.

Keçidlər