Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik-Orta Sahibkarlıq subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması”nın təşviq edilməsini nəzərdə tutan təlim keçirildi.

18 aprel 2018 | 16:00

18 aprel 2018-ci il tarixdə saat 10:00-da YAP Şirvan şəhər təşkilatında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perespektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci maddəsinin “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elmi-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Milli Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik-Orta Sahibkarlıq subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması”nın təşviq edilməsini nəzərdə tutan təlim keçirildi.
Təlimdə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdir müavini Ramiz Qarayev, Maliyyə Elmi-Tədris Mərkəzinin şöbə müdiri İbrahim İbrahimov, Maliyyə Elmi-Tədris Mərkəzinin aparıcı-məsləhətçisi Vüqar Hüseynov iştirak etdi.

Keçidlər