Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul edib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov mayın 24-də Şirvan şəhəri, Sabirabad, Salyan, Saatlı, İmişli rayonlarından olan bir qrup vətəndaşı qəbul edib. Qəbul zamanı vətəndaşlar tərəfindən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətlərinə aid olan məsələlərlə bağlı qaldırılan müraciətlər dinlənilib. Həmin vətəndaşlarla müvafiq izahat işləri aparılıb. Qəbula gəlmiş hər bir vətəndaş komitə sədri tərəfindən diqqətlə dinlənilib və bütün müraciətlərin qanunauyğun şəkildə nəzərdən keçirilərək, həlli üçün zəruri tədbirlərin görüləcəyi vətəndaşların diqqətinə çatdırılıb. Bir sıra müraciətlərdə qaldırılan məsələlərin dərhal həlli barədə komitə sədri tərəfindən müvafiq göstərişlər verilib, digər qurumlarla, bələdiyyələrlə, yerli icra hakimiyyəti orqanları ilə bağlı qeydiyyat üçün zəruri olan əlaqəli sənədlərin əldə edilməsinin vacibliyinə dair tövsiyələr verilib.