Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuat günü Şirvan şəhərində də qeyd edildi.

23 iyul 2013 | 15:00

Azərbaycan Milli Mətbuatının yaranmasının 138-ci ildönümü – 22 iyul Milli Mətbuat günü Şirvan şəhərində də qeyd edildi. Tədbir iştirakçıları - şəhər İcra Hakimiyyətinin rəhbər və məsul işçiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər qərənfillər qoyaraq əziz xatirəsinə dərin ehtiram ifadə etdilər. Sonra tədbir YAP şəhər təşkilatının iclas zalında davam etdirildi. Tədbiri giriş sözü ilə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Elman Abbasov açdı. Natiq Azərbaycan Milli Mətbuatının yaranma tarixindən, onun keçdiyi inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin Milli Mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı. Milli Mətbuata dövlət qayğısının bugün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd etdi. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasında, ictimai fikirin doğru-düzgün istiqamətə yönəldilməsində fədakar jurnalistlərin mühüm rol oynadığını bildirdi. Dövlət və cəmiyyət qarşısında xüsusi xidmətləri ilə fərqlənən mətbuat işçilərinin fəxri adlara, orden və medallara layiq görüldüyünü, onlara mənzillərin verildiyini təqdirəlayiq hal kimi qeyd etdi. Jurnalistləri bundan sonra da şəhərin ictimai-siyasi həyatında, obyektiv və ədalətli ictimai fikrin formalaşmasında fəal iştirak etməyə çağırdı. Tədbirdə çıxış edən əməkdar jurnalis Mövsüm Xəlilov, Qaçay Həsənov, Babək Əsgərov, Alik Rzayev və digərləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər. Sonda şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən, dövrü mətbuatda məhsuldar yazıları ilə fərqlənən bir qrup jurnalistə şəhər İcra Hakimiyyəti tərəfindən mükafatlar verildi.

Keçidlər